Leyla Əliyeva Renata Şyuşayte ilə saziş imzaladı - FOTO

img

16-11-2016 [23:27]


İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Qafqaz Təbiəti Mərkəzi” Muxtar Qeyri-Kommersiya Təşkilatının Moskva şəhərində yerləşən baş qərargahında təşkilatın baş direktoru Renata Şyuşayte ilə görüşüb.

Mia.az Azertac-a istinadən xəbər verir ki, R.Şyuşayte rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və gələcək planları barədə məlumat verib. 

Bildirib ki, "Şimali Qafqaz təbiətinin qorunması və mühafizəsi Mərkəzi” Muxtar Qeyri-Kommersiya Təşkilatı ("Qafqaz Təbiəti Mərkəzi” MQKT) "Şimali Qafqaz Kurortları” Səhmdar Cəmiyyəti tərəfindən yaradılıb. 

Leyla Əliyeva öz növbəsində IDEA-nın Qafqazın nadir heyvan növlərinin mühafizəsi layihələrindən, o cümlədən "Qafqazın Böyük Beşliyi” proqramı barədə danışıb. O, 2016-cı ilin iyun ayında Soçi Milli Parkına səfərini xatırlayaraq, burada yaradılmış Qafqazda Bəbirlərin Bərpası Mərkəzinin fəaliyyətini müsbət qiymətləndirib.

Görüşdə IDEA İctimai Birliyi və "Qafqaz Təbiəti Mərkəzi” MQKT arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən tərəflər arasında Qafqaz bəbirinin mühafizəsi və sayının artırılması sahəsində birgə fəaliyyət istiqamətləri müəyyən olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA