"Araşdıraq, görək kim bizdən nə istəyir?!” - Deputat

img

16-11-2016 [23:22]


"Haqqımda yayılan xəbərlər həqiqəti əks etdirmir. Heç yerdə deməmişəm ki, deputatın əmək haqqı azdır, artırmaq lazımdır və daha nələr nələr...”.

Bu sözləri Modern.az-a açıqlamasında deputat Vahid Əhmədov deyib.

Vahid Əhmədov bu cür xəbərlərin necə yayılmasından xəbərsiz olduğunu bildirib: "Haqqımda bu cür yanlış informasiya yazanlar barədə ölçü götürəcəm. Amma konkret deyə bilmərəm ki, bu cür xəbərlər kimdən və nədən qaynaqlanır. Araşdıraq, görək kim bizdən nə istəyir?!”.

Qeyd edək ki, bir qədər əvvəl sosial şəbəkələrdə və bəzi xəbər saytlarında belə bir informasiya yayılıb ki, Vahid Əhmədov deputatların maaşının azlığından şikayətlənərək, 2 min 200 manatla hazırkı vəziyyətdə dolanmağın çətin olduğunu deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA