16-11-2016 [15:42]
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə regionlarda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təqdimatı və Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığı (AHT) Beynəlxalq Təşəbbüsündə iştirakı ilə bağlı məlumatlandırma məqsədilə tədbirlər keçirilir.
Lənkəran, Sabirabad və Xaçmaz rayonlarında keçirilən tədbirlərdə yerli dövlət qurumlarının, QHT-lərin təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak edib. Platformanın koordinatoru Əliməmməd Nuriyev "Azərbaycanda Açıq Hökumət Təşəbbüsünün tətbiqi: Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” mövzusunda məruzə ilə çıxış edərək görülən işlər, vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı barədə ətraflı məlumat verib.
Ə. Nuriyev çıxışında 31 QHT-nin və 10 dövlət qurumunun iştirakı ilə yaradılan Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının missiyası və fəaliyyət istiqamətlərinə də geniş yer ayırıb.Qeyd edib ki, Platformanın yaradılması Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsündən irəli gələn islahatların həyata keçirilməsinə, bu istiqamətdə mümkün çətinliklərin dəf olunmasına, islahatlara ictimai etimadın artırılmasına əhəmiyyətli şəkildə yardım göstərməyə imkan verəcək. Eyni zamanda Platforma Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsünün ideya və məqsədlərinin geniş auditoriya tərəfindən aydın, düzgün qavranılması, daha səmərli nəticələrə nail olunması üçün vacib əlverişli mühitin yaradılmasına köməklik göstərəcək.
Ə. Nuriyev həmçinin çıxışında "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illəri üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsinin nəticələri, AR Prezidentinin 27 aprel 2016-cı il tarixli sərəncamı ilə təsdiqlənən növbəti, "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərdən də söz açıb.
Platformanın koordinatoru qeyd edib ki, vətəndaşların Azərbaycanda Açıq Hökumətin təşviqi ilə bağlı həyata keçirilən işlərdə fəal iştirakı mühüm əhəmiyyətə malikdir. Çünki bu səylərin hədəfi məhz vətəndaşların qərarların qəbulu prosesinə daha geniş cəlb edilməsi, onların dövlət orqanlarının fəaliyyəti barədə daha asan məlumat əldə edə bilməsi, hesabatlılıq və şəffaflığın daha yüksək səviyyədə təmin olunmasıdır.
Toplantılarda iştirakçıların sosial, iqtisadi, hüquqi mövzulara aid sualları da cavablandırılıb.
Analoji tədbirlərin Gəncə və Şəmkirdə də keçirilməsi planlaşdırılır.




Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi