16-11-2016 [15:01]
"Biz öz gündəliyimizi – uğurlu multikulturalizm gündəliyini təklif edirik”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqının multikulturalizm ənənələri müxtəlif dinlər, xalqlar arasında sağlam münasibətlərin qurulması baxımından parlaq nümunədir: "Azərbaycan multikulturalizmə gözəl nümunədir”.
Prezident vurğulayıb ki, bu il Azərbaycanda "Multikulturalizm ili” elan olunub: "Bu bizim dövlət siyasətimizdir, eyni zamanda, cəmiyyətimizin ümumi ab-havasını əks etdirir”.
İlham Əliyev deyib ki, Azərbaycan bir çox beynəlxalq tədbirlər təşkil edir. Onların arasında hər il keçirilən Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və bu il keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu yer alır: "Roma Papası Fransiskin sentyabrda Azərbaycana səfəri və multikulturalizm və bizim uğurlarımız barədə bəyanatları bu sahədəki nailiyyətlərimizin mühüm göstəricisi oldu”.
Dövlət başçısı qeyd edib ki, Roma Papası Bakıya səfəri zamanı katolik kilsəsini, məscidi ziyarət edib, Azərbaycandakı bütün dini icmaların rəhbərləri ilə görüşüb və Bakıdan, elə bu zaldan bütün dünyaya mədəniyyətlərarası və dinlərarası dialoqun dəyərləri barədə müraciət edib.
Azərbaycan Prezidenti bildirib ki, bu gün dünyada dini və etnik zəmində qarşıdurmalarla müşahidə olunan hadisələr fonunda Azərbaycan multikulturalizmi əldə etdiyi nailiyyətlərdən biri kimi qəbul edir: "Biz insanların təkcə milli və ya dini mənsubiyyətlərinə görə əziyyət çəkdiyini, bu faciələri görürük. Bu bizi çox narahat edir. Ona görə də biz öz gündəliyimizi – uğurlu multikulturalizm gündəliyini təklif edirik. Hesab edirəm ki, Azərbaycanın nümunəsi bunu sübut edir. Biz əməkdaşlıq, qarşılıqlı anlaşma proqramı təqdim edirik”.
Dövlət başçısı deyib ki, bu məsələdə Azərbaycanın rolu, əlbəttə, başlıca olaraq ölkənin ənənələri və tələbatlarına əsaslanır. Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir, ölkədə dinclik hökm sürür və müxtəlif etnik və dini qrupların nümayəndələri burada sülh və anlaşma şəraitində yaşayırlar.
"Eyni zamanda bu, dünyaya müraciətdir. Çünki biz təcrid olunmuş ada deyilik və digərləri ilə qonşuluqda yaşayırıq. Buna görə də biz dünyada, o cümlədən regionda bu sahədə müsbət inkişaf görməkdə maraqlıyıq. Bu bizim məntiqi marağımızdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi