"İşlədiyim dövrdə nazirlikdə..." - Əli Abbasov qaynı ilə bağlı 250 milyonluq qalmaqaldan danışdı

img

16-11-2016 [14:24]


Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun qaynı Elçin İbrahimovun istintaqda sorğu-sual olunması ilə bağlı mətbuatda xəbərlər yayılıb.

Həmin xəbərdə qeyd olunub ki, E.İbrahimov RYTN xətti ilə aparılan 250 milyon manatlıq tikinti işlərini gerçəkləşdirib. E.İbrahimovun sədri olduğu "Qafqaz-S” inşaat məhdud məsuliyyətli cəmiyyətinin tikintiləri gerçəkləşdirərkən külli miqdarda vəsaitlərin mənimsənilməsinə əsaslı şübhələr olduğu üçün sorğu-sual olunub.

Mia.az xəbər verir ki, bununla bağlı Unikal.org-a açıqlama verən sabiq nazir Əli Abbasov yazılanlar cəfəng adlandırıb:

 "Tamamilə yanlış məlumatlardır. Mən işlədiyim dövrdə nazirlikdə bu məbləğdə tikinti quraşdırma işləri aparılmayıb. 100-ə yaxın orta və kiçik şirkətlə işləmişik. Bütün bunların hamısına birlikdə qeyd olunan məbləğdə pul köçürülməyib. 250 milyon absurd bir rəqəmdir. "Qafqaz-S”-də həmin şirkətlərdən biri olub. Nə təklikdə, nə də cəm şəkildə şirkətlərə bu məbləğdə pul köçürülməsi olmayıb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA