15-11-2016 [17:39]
Son dövrlərdə Azərbaycanın Milli Məclisi ilə Avropa Parlamenti (AP) arasında əlaqələrin bərpa olunması və müsbət dinamika qazanması AP daxilində bəzi qüvvələri və bir sıra anti-Azərbaycan dairələrini narahat edir. Bu isə son nəticədə AP Plenar Sessiyasında qəbul edilməsi nəzərdə tutulan "Dünyada insan hüquqları və demokratiya və Avropa İttifaqının bu sahədəki siyasəti üzrə illik hesabat” adlı sənədə verilən bəzi düzəlişlərdə ölkəmizin adının qəsdən mənfi kontekstdə hallandırılmasında özünü büruzə verib. 2015-ci ili əhatə edən bu hesabat layihəsində ümumilikdə Azərbaycan ilə bağlı narahatlıq doğuran hər hansı fikir mövcud deyildir. Lakin hesabatın layihəsinə bir neçə deputat tərəfindən edilən 104 və 750 saylı düzəlişlər birbaşa ölkəmizə qarşı qərəzli olub və subyektiv xarakter daşıyıb".
Bu fikirlər Milli Məclisin yaydığı bəyanatda yer alıb.
"Bu ilin sentyabr ayında Azərbaycana səfər edən AP heyətinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilməsi və ikitərəfli münasibətlərimizə dair konseptual yanaşmanı avroparlamentarların diqqətinə çatdırması AP ilə Milli Məclis arasında münasibətlərin bərpasına zəmin yaradıb. Bu, eyni zamanda Azərbaycanın mövqeyinin AP-də daha aydın anlaşılmasına və ölkəmizlə hərtərəfli əməkdaşlığı dəstəkləyən qüvvələrin artmasına gətirib çıxarıb. Məhz bunun nəticəsi olaraq qeyd edilən düzəlişlər AP-nin öz üzvləri tərəfindən də müsbət qarşılanmayıb", – bəyanatda vurğulanıb.
Sənəddə qeyd olunub ki, məsələ ilə bağlı Milli Məclis rəhbərliyi tərəfindən də müvafiq addımlar atılıb: "Eyni zamanda, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovtərəfindən AP-nin Xarici Əlaqələr Komitəsinin sədri Elmar Broka, Avropa İttifaqı (Aİ)-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev tərəfindən Avropalı həmkarı Səyyad Kərimə, Avronest PA-dakı nümayəndə heyətimizin rəhbəri Fuad Muradov tərəfindən təşkilatın həmsədri Heydi Hautalaya məsələ ilə bağlı məktublar ünvanlanıb.
Vaxtında atılmış addımlar və görülmüş qabaqlayıcı tədbirlər nəticəsində sözügedən düzəlişlər AP-nin Xarici Əlaqələr Komitəsinin iclasında dəstək görməmiş və səsvermə ilə rədd edilib.
Bu hadisə bir daha göstərir ki, Aİ ilə Azərbaycan, o cümlədən AP ilə Milli Məclis arasında münasibətlərin hərtərəfli inkişafında maraqlı olan rasional qüvvələr artıq daha güclüdür. Həmçinin Aİ və onun strukturları ilə münasibətlərimizin Prezident İlham Əliyevin müəyyən etdiyi xətt üzrə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün siyasi iradə qarşılıqlıdır".
Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi