15-11-2016 [14:53]
"Azərbaycanla Ermənistan arasında aprel ayındakı döyüşlərin 4 gündən çox uzanmamasının səbəbkarı Rusiya prezidenti Vladimir Putin idi. Kreml sahibi müharibənin uzanmasından narahat olaraq hər iki tərəfə atəşkəsə yenidən riayət etməyə çağırdı. Halbuki, Azərbaycan ordusunun daha uzun məsafələrə irəliləməsi imkanları var idi".
Mia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bundan sonra Azərbaycanın hakim dairələrində və cəmiyyətinin bir hissəsində belə bir təəssürat yarandı ki, hərbi toqquşmanın genişlənməsi pesrpektivi Rusiyanı narahat etdiyindən Kreml Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcək:
"Bunun üçün ilk addım olaraq Kreml Ermənistan hakimiyyətinə təzyiq edəcək ki, İrəvan Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu boşaltsın. Əsası olmayan bu proqnozlar doğrulmadı. Əksinə, Rusiya hakimiyyəti iki addımı ilə Azərbaycan-Ermənistan qarşıdurmasında birmənalı ikincini dəstəklədi.
Rusiya birinci addım olaraq Ermənistana "İsgəndər” raketləri göndərdi ki, hərbi balansda Ermənistan Azərbaycana məğlub olmasın.
Rusiya ikinci addım olaraq Ermənistanla birgə qoşun birlikləri yaratdı. Faktiki bu o deməkdir ki, bundan sonra Ermənistan ordusuna Rusiya Müdafiə Nazirliyi nəzarət edəcək.
Bu iki addım Azərbaycana qarşıdır. Rusiya bu addımları ilə sübut edir ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində, Azərbaycanın ərazi bütövlüyünü təminatında marağı yoxdur. Ermənistanın Rusiyadan aldığı hərbi dəstəyi belə oxumaq lazımdır: "Bizə güvənərək işğalçı siyasətinizi davam etdirə bilərsiniz”. Bundan sonra Ermənistan hakimiyyətinin danışıqlar yolu ilə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağını gözləmək əbəsdir."
Belə olan halda rəsmi Bakının Rusiyaya cavabı necə olmalıdır?
Politoloqun sözlərinə görə, Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətlərdə problem yaşamaq istəmir:

"Bu, anlaşılan siyasətdir. Rusiya təhlükəli qonşudur, yaxın 10 il ərzində Gürcüstan və Ukraynanı parçalayıb. Bu amillər nəzərə alınmalıdır. Ancaq bu o demək deyil ki, Ermənistana artan hərbi dəstək fonunda Rusiya ilə münasibətlərdə heç nə olmamış kimi davranılmalıdır.
Məsələn, Putinin Ermənistanla birgə qoşun birliklərini yaradılmasını planlaşdıran sazişə imza atmasından sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun müsahibəsi yayınlanır və həmin müsahibədə nazir Rusiyanı Azərbaycanın strateji tərəfdaşı adlanır. Rusiyada Məmmədyarovun bu cümləsini belə anlayacaqlar ki, "biz Ermənistana istənilən hərbi dəstək versək də rəsmi Bakı buna səsini çıxarmayacaq”.
Əslində Azərbaycan Xarici İşlər Nazirliyi və ya nazirliyin mətbuat katibi Rusiya prezidentinin məlum sazişi imzalasından sonra belə bir bəyanatla çıxış etməli idi: "Rusiyanın Azərbaycan torpaqlarını işğal edən Ermənistanla birgə qoşun birlikləri yaratması narahatlıq doğurur. Bu ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Rusiyanın münaqişə həllindəki tərəfsizliyinə kölgə salır. Ümid edirik ki, Rusiya Azərbaycanın ərazi bütövlüyü prinsipinə sadiq qalaraq Ermənistan hakimiyyətini işğal altındakı torpaqları boşaltmağa razı salacaq”.
Bu cümlələrlə əks olunan bəyanat Moskvaya mesaj olardı ki, rəsmi Bakı Rusiyanın son addımlarından narahatdır. Və bu addımlar Azərbaycanın da öz hərbi-strateji müttəfiqləri ilə Rusiya-Ermənistan hərbi ittifaqı səviyəsində münasibətlər qurmağa sövq edəcək"
Elxan Şahinoğlu deyir ki, ümumiyyətlə, Rusiyanın Ermənstana verdiyi hərbi dəstək rəsmi Bakını balanslaşdırılmış xarici siyasətə göz gəzdirməyə məcbur etməlidir. Çünki, belə görünür ki, Ermənistanla növbəti hərbi toqquşma apreldəkinə bənzəməyəcək:
"Ermənistan hakimiyyəti əlindən gələn hər şeyi edəcək ki, Rusiya Ermənistan tərəfdən bu vəya digər şəkildə toqquşmalarda iştirak etsin. Azərbaycan ordusu Ermənistan ordusu üzərində qələbə çala bilər, ancaq təkbaşına Rusiya-Ermənistan hərbi maşını ilə savaşmaq problematikdir. Bu disbalansın qarşısının almağın yolu Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmaqdan keçir. Rusiya-Ermənistan hərbi ittifaqının məqsədi Azərbaycanı təkləyib, zəiflətməkdirsə, belə olan halda Azərbaycanın da məqsədi mümkün müharibəni total səviyyəyə daşımaq olacaqdır. Başqa alternativimiz yoxdur".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi