Azərbaycan Şəffaflıq Təzəbbüsü üzrə on ikinci hesabatını açıqladı

img

14-05-2010 [06:37]


2010-cu il mayın 14-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda Azərbaycanın mədən hasilatı ilə məşğul olan şirkətlərin hökumətə ödənişləri və hökumətin şirkətlərdən daxilolmaları barədə məlumatların müntəzəm olaraq auditdən keçərək ictimaiyyətə açıqladığı və dərc etdiyi və qiymətləndirmə prosesindən keçən ilk ölkə olduğuna görə MHŞT-nin tamhüquqlu üzvü statusunu alması qeyd olundu. MHŞT üzrə Hökumət Komissiyası Mur Stefens audit şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə növbəti (on ikinci) hesabatını (2009-cu il üzrə) açıqlamışdır. Hesabata eyni zamanda hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir. İlk dəfə olaraq bu hesabatlarda Azərbaycanda neft-qaz hasilatı ilə məşğul olan şirkətlərin məlumatlarından əlavə qızıl və gümüş hasilatı sahəsində fəaliyyət göstərən şirkətin də məlumatları öz əksini tapıb. On ikinci hesabatda əvvəlkilərdən fərqli olaraq səmt və təbii qaz ayrılıqda, eləcə də vergilər müxtəlif növlər üzrə təqdim olunmuşdur ki, bu da hesabatın təqdim etdiyi məlumat bazasını genişləndirib. İclasda MHŞT-nin Azərbaycanda tətbiqinə dair digər məsələlər geniş müzakirə olundu. Ölkənin hesabatı, eləcə də audit şirkətinin rəyi Dövlət Neft Fondunun (www.oilfund.az), MHŞT üzrə Beynəlxalq Katibliyin (www.eiti.org) və QHT-lərin təmsil olunduğu Mədən Hasilatında Şəffaflığın Artırılması Koalisiyasının (www.eiti-az.org) İnternet səhifələrində yerləşdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA