Nazirlik müəllimləri aldadır - İki aydır maaşlar verilmir

img

14-11-2016 [23:38]


Məlum olduğu kimi, ötən həftə Bakının bir sıra rayonlarında müəllimlərin maaşının gecikdirilməsi barədə məlumat verilmişdi.

Maraqlısı odur ki, məsələylə bağlıaçıqlama verən Təhsil Nazirliyindən bildirilmişdi ki, növbəti iki gün ərzində bu problem öz həllini tapacaq: "2016-2017-ci tədris ili üzrə sinif və şagird kontingenti barədə məlumatların emalı prosesi başa çatan bütün təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqı onların bank hesablarına köçürülüb. Növbəti iki gün ərzində digər müəllimlərin əməkhaqqı da onların bank hesablarına köçürüləcək”.

Qeyd edək ki, nazirliyin bu cavabı noyabr ayının 11-də verilib. Amma üzərindən 4 gün keçsə də, hələ də maaşlar kartlara vurulmayıb. Bu barədə mia.az-a məlumat verən müəllimin sözlərinə görə. ötən ayın maaşını ala bilməyiblər. Eyni zamanda. sentyabr ayının əməkhaqqı fərqini də ala bilməyiblər.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA