Artur Rasi-zadənin səlahiyyətlərindən biri rəsmən alındı - Hökumətdə dəyişiklik

img

14-11-2016 [23:34]


Nazirlər Kabinetinin mədəniyyət sahəsində səlahiyyətlərindən birinin ləğvi rəsmiləşib.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin "Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2016-cı il 30 sentyabr tarixli qanununun tətbiqi və "Mədəniyyət haqqında” 2012-ci il 21 dekabr tarixli qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” 14 noyabr 2016-cı il tarixli fərmanında əksini tapıb.

Bu il sentyabrın 30-da "Mədəniyyət haqqında” qanuna edilən dəyişikliyə əsasən peşəkar yaradıcılığın meyarlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi barədə müddəa ləğv edilib.

Peşəkar yaradıcılığın meyarlarının müəyyən edilməsi sahəsində məsul orqan Nazirlər Kabineti olub.

 Bununla əlaqədar "Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli fərmanı ilə Nazirlər Kabinetinə bu sahədə verilən səlahiyyət də ləğv edilib. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA