14-11-2016 [19:41]
Rusiya prezidenti Ermənistanla hərbi qüvvələrin birləşmiş qruplaşmasının yaranması haqqında saziş imzalayıb.
Maraqlısı bundadır ki, Rusiyanın atdığı bu addım Azərbaycan silahlı qüvvələrinin irimiqyaslı təlimlər keçirməsi ilə üst-üstə düşüb. Rusiyanın atdığı bu addım birmənalı qarşılanmır. Belə ki, Ermənistan həm də KTMT-nin üzvüdür. Ermənistan öz təhlükəsizliyini bu quruma həvalə etdiyi bir zamanda Rusiyanın yeni bir addım atması gözlənilməz oldu.
Rusiyanın atdığı addımla bağlı hərbi ekspert Üzeyir Cəfərov olke.az-az a danışıb: "Rusiyanın bu hərəkətinə dərindən üzülürəm. Bir daha əmin oluram ki, Rusiya Azərbaycana qarşı saxta səmimiyyəti bir qədər də dərinləşdirib. Kimsə fikirləşirsə ki, Rusiya Azərbaycana qarşı səmimi münasibət sərgiləyir, hesab edirəm bu faktlar onları ayıltmalıdır. Rusiyanın Ermənistanda 102-ci bazası var və Rusiyaya da heç bir təhlükə yoxdur. Şükürlər olsun ki, Rusiya son vaxtlar Türkiyə ilə yaxınlaşıb.
Sual olunur, bu birləşmənin məqsədi, məramı nədir? Özü də bu birləşmənin komandiri, Ermənistan silahlı qüvvələrinin 4-cü korpusunun komandiri general-mayor Karapetyandır. Ruslar deyir ki, o təkbaşına qərar qəbul edə bilməz. Kim qarantiya verə bilər ki, o da Seyran Ohanyan kimi təkbaşına qərar qəbul edib, rus zabitlərinə komanda verib Azərbaycan əsgərlərini və ərazilərini bombalamayacaq. Əksinə indiki halda bu məsələyə ABŞ və Fransa öz münasibətini bildirməlidir. Burada heç də ikitərəfli münasibətdən söhbət getmir. Burada həm də ATƏT-in Minsk qrupunun həmsədrinin işğalçı ölkə ilə birgə fəaliyyətindən söhbət gedir. Bu hansısa humanitar sahə deyil. Bu birbaşa silah-sursatla, döyüş texnikası ilə Azərbaycanın ərazisinə və təhlükəsizliyinə açıq təhdiddir. Ona görə də, Azərbaycan tərəfi heç nədən çəkinmədən ən azından Rusiyanın Azərbaycandakı səfiri Darkini Xarici İşlər Nazirliyinə çağırmalıdır və ona suallar ünvanlamalı və nota verilməlidir.
Rusiyanın ikibaşlı oyunları, çoxgedişli hiylələrinə görə 20 ildən artıqdır ki, biz torpaqlarımıza qayıda bilmirik. Rusiya elə fikirəşir ki, Azərbaycan öz silahlı qüvvələrini Dağlıq Qarabağın işğaldan azad olunmasında istifadə etməyəcək, amma yanılır. Rusiyanın Ermənistanla hərbi qüvvələrin birləşmiş qruplaşmasının yaranması məlumatı çox incə bir məqamda ictimailəşdirildi. Dünən ölkə başçısı Lələtəpədə çox incə məqamları açıqladı ki, Azərbaycan işğalla barışmayacaq, biz növbəti Lələtəpələrin, əməliyyatların şahidi olacağıq. Dərhal, heç üstündən bir sutka keçməmiş bu məlumat ictimailəşdirildi. Bu o deməkdir ki, Ermənistan Rusiyaya arxalanır. Dünən prezident dedi ki, Ermənistan rəhbərliyi heç kimə güvənməsin. Aydın məsələdir ki, Ermənistan rəhbərliyinin yeganə güvəndiyi yer Rusiyadır. Bu gün də Rusiya öz hərəkəti ilə dedi ki, Ermənistanın arxasında dayanmışam.
Azərbaycan ATƏT-in Minsk qrupundan qəti şəkildə imtina etməlidir. Rusiya ilə bağlı məsələyə də yenidən baxmalıyıq. Rusiya Azərbaycana çox təhlükəli bir sürpriz hazırlayır. Rusiyanın və ABŞ-ın ATƏT-dəki səfirləri bir-birilərinin ardınca eyni fikiri səsləndirdi. Ola bilsin ki, ABŞ-ın yeni prezidenti Tramp Dağlıq Qarabağla bağlı kefi istədiyi qərarı versin. Rusiya da ABŞ-ı əsas gətirib Dağlıq Qarabağı müstəqil qurum kimi tanıyacağını bildirəcək. Bütün proseslər bu istiqamətdə gedir.
Rusiya ilə Ermənistanın yaratdığı hərbi birləşmə sırf Azərbaycana qarşıdır. İki dünya bir olsa da sübut etməyə hazıram ki, bu məsələ Azərbaycana qarşıdır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi