Dekan və müəllimliyə vakansiyalar elan edilib - Qərb Universitetində

img

14-11-2016 [15:50]


Azərbaycan Respublikasının ilk özəl universitetlərindən biri olan Qərb Universitetinin Universitet tədrisin keyfiyyətinə istiqamətlənmiş tədbirlər çərçivəsində dekan və müəllimlər üçün vakansiyalar üzrə müsabiqə elan edir.

Hazırda 5 fakültədə 36 ixtisas üzrə təhsil verən Qərb Universitetində dekan və müəllim peşələri üzrə vakansiya yerləri üçün namizədlər aşağıdakı tələblərə uyğun gəlməlidirlər:


Fakültə dekanı vəzifəsini tutmaq üçün:
• İşgüzar inzibatçılıq fakültəsi;
• Mühəndislik fakültəsi;
• Magistratura və doktorantura departamenti.
Namizədlərə tələblər:
• Boloniya kreditli təhsil sisteminə uyğun tədris idarəetməsi bacarıqları;
• Minimum elmlər namizədi (doktor) olmaqla müvafiq elmi dərəcə;
• İş təcrübəsi;
• Dil və İKT bacarıqları;
• Müəllim və tyutorlarla işləmə bacarığı.
Qeyd: Məvacib namizədin təcrübə və qabiliyyətlərinə müvafiq olaraq müəyyənləşəcək.

Kafedralarda boş olan müəllim vəzifələrini tutmaq üçün:
• Politologiya və beynəlxalq münasibətlər;
• Hüquq və humanitar fənnlər;
• İqtisadiyyat, marketinq və menecment;
• Riyaziyyat və kompyuter texnologiyaları;
• Dizayn;
• Dil hazırlığı;
• İngilis dili filologiyası kafedrası.

Namizədlərə tələblər:
• Minimum magistr dərəcəsi olmaqla elmi dərəcə;
• Ali məktəblərdə iş təcrübəsi (tam ştatlı müəllimlər üçün);
• Tədris ediləcək fənn və ya fənnlərin əsaslarını dərindən bilmək;
• Mükəmməl yazılı və şifahi ünsiyyət qabiliyyəti;
• İngilis dili, rus dili bilənlərə üstünlük verilir.

Qeyd:Məvacib müəllimlərin təcrübələrinə və dərs yükünə müvafiq olaraq müəyyənləşəcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər mövzu yerinə müraciət etdiyi vakansiyanın adını yazmaqla CV-lərinihr@wu.edu.azünvanına göndərə və ya Qərb Universitetinə təqdim edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA