Türkiyədə təhsil alan daha bir zəkamız: olimpiya çempionu – Tanıyaq (Fotolar)

img

14-11-2016 [14:36]


Azərbaycanımızın super beyinlərindən biri də Nizami Etibar oğlu Həşimovdur. Orta məktəbi əlaçı bitirən Nizami Beynəlxalq Biologiya Olimpiyadasında dəfələrlə beynini sınaqdan keçirib. 

Bunlardan birindən qızıl, digərindən isə bürünc medalla vətənə qayıdıb. Dünyanın super güclərinin bu olimpiyadalarda yer qazanmaq üçün öz təhsil müsəssislələrinə bəzi inkişaf etməkdə olan ölkələrin büdcəsi qədər vəsait ayırmalarını nəzərə alsaq, Nizaminin necə ağır sınaqdan uğurla çıxdığını görə bilərik. Nizami yüksək balla daxil olduğu Akdeniz Universitetinin 3-cü kursunda təhsil alır. Bu üç il müddətində daim əlaçı olub. Ölkəmizdə gənc alimlərin az olduğunu və bunun ciddi müzakirələrə səbəb olduğunu nəzərə alsaq, Nizami kimi vətən övladlarımızı nəzərdən qaçırmamalıyıq. 

Bir halda ki olimpiya çempionumuz Türkiyədə təhslini maddi sıxıntılara baxmayaraq davam etdirir. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA