14-11-2016 [13:43]
"Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli əvvəlkitək dalana dirənib. Böyük dövlətlər yenə passiv mövqe tutublar, həmsədrlər isə Azərbaycana az qala "paket həll” təklif edirlər, yəni Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldıması bölgənin status müzakirələri ilə paralel getməlidir. Bu, heç bir halda Azərbaycanın maraqlarına cavab vermir. Bu şəraitdə n hərbi ritorika istər-istəməz artmalıdır".
Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlrinə görə, Azərbaycan prezidenti İlham Əliyevin noyabrın 12-də cəbhə bölgəsinə səfəri də məhz hərbi ritorikanın ön plana keçə biləcəyinə işarədir. Belə ki, dövlət başçısının Füzuli rayonuna səfəri zamanı bu ilin aprel ayında işğalçılardan geri alınan Lələtəpəyə gedib, hərbçilər qarşısında çıxış etməsinin simvolik əhəmiyyəti olub:
"Birincisi, İlham Əliyev Lələtəpəyə getməklə rəsmi İrəvanın təxribatlarına cavab vermiş oldu. Məsələ burasındadır ki, son vaxtlar Ermənistan rəsmiləri və generalları cəbhə bölgəsindəki Talış kəndinə getməklə bir növü Azərbaycana açıq verirdilər ki, "bu kənd bizim nəzarətimizdədir”. İlham Əliyev isə Lələtəpəyə gedərək strateji yüksəklikdən düşmən mövqelərinə baxış keçirməklə Talış və ətraf kəndlərin istənilən an işğaldan azad oluna biləcəyinə eyham vurdu.
İkincisi, İlham Əliyevin səfərə hərbi geyimdə çıxmasının özü Ermənistana mesaj idi. Başqa sözlə "elə bilməyin ki, aprel döyüşləri təkrarlanmaya bilməz”. Danışıqlar uzanır, ortada isə konkret nəticə yoxdur. Aydındır ki, Ermənistan rəsmiləri, ekspertləri və sadə vətəndaşları hazırda İlham Əliyevin Lələtəpəyə gəlişi və orda verdiyi açıqlamalar üzərində baş sındırırlar, rəsmi Bakının hansı taktikaya üstünlük verəcəyini anlamağa çalışırlar.
Üçüncüsü, vücud dili vasitəsilə verdiyi ismarıclardan başqa İlham Əliyevin Lələtəpədə konkret açıqlamaları da var idi ki, onları kifayət qədər sərt qiymətləndirmək mümkündür. Bir daha xatırladıldı ki, Azərbaycan hərbi potensialını artırmaqda, yeni növ silahlar almaqda davam edəcək. Rəsmi Bakı bu prosesi dayandırmaq fikrində deyil. Ermənistanı Rusiyadan aldığı "İsgəndər” raketləri xilas etməyəcək.
Çünki, Ermənistanın hər aldığı uzaq mənzilli raketə Azərbaycan beşqat cavab verəcək, haradan mümkündür eyni tipli raketlər alacaq. Çünki, Ermənistanda yanlış olaraq düşünürlər ki, əgər onlarda "İsgəndər” raketləri varsa, Azərbaycan ordusu işğal altındakı torpaqları aza olunması əməliyyatına risq etməyəcək. Əksinə, prezidentin "Şuşa və Xankəndi də Azərbaycandır” sözləri isə ona dəlalət edir ki, söhbət yalnız Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyindən getmir, sıralamada Dağlıq Qarabağın özü də var.
Dördüncüsü, İlham Əliyevin Lələtəpədə verdiyi ən əhəmiyytli mesajlardan biri bu oldu: "Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin”. İlham Əliyev bu cümləsində Rusiya-Ermənistan hərbi ittifaqını nəzərdə tutub. Yəni dövlət başçısı demək istəyib ki, Ermənistan hakimiyyəti və cəmiyyəti elə bilməsin ki, Rusiya-Ermənistan hərbi itifaqına və ya birgə hərbi qoşun birlikləri yaradılmasına görə Azərbaycan işğal altındakı torpaqların güc yolu ilə həllinə girişə bilməz.
Əlbəttə, Kreml Azərbaycanın Ermənistan üzərində hərbi üstünlük qazanmasını istəmir. Ancaq orası da var ki, Rusiya Dağlıq Qarabağ və ətraf rayonları Azərbaycanın ərazisi sayır. Demək, Rusiya digər ölkələr kimi, Azərbaycanın bu torpaqlardakı hüququnu tanıyır. Yox, əgər Rusiya hərbi birləşmələi işğalçı ilə birgə Azərbaycana qarşı hər hansı təxribat həyata keçirərlərsə, müharibə total xarakter daşıyacaq ki, bu, heç Rusiyanın da maraqlarına cavab vermir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi