Hicran Hüseynova: Hazırda Azərbaycanda iki milyona yaxın ailə yazayır

img

14-05-2010 [03:29]


?Hazırda Azərbaycanda iki milyona yaxın ailə yaşayır. Ailənin sağlamlığı cəmiyyətin sağlam?lığı deməkdir. Ailə münasibətlərinin düzgün qurul?ması, ailə üzvləri arasındakı mehriban, səmimi ünsiyyət övladların tərbiyəsinə müsbət təsir göstərir?. Bu sözləri yap.org.az saytına müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. H.Hüseynova bildirib ki, ölkə qanunvericiliyində qadınların hüquqlarının qorunması, ölkələrarası övladlığa götürmə, erkən nikahla mübarizə və s. sahələrdə müəyyən təkmilləşməyə ehtiyac var. Onun sözlərinə görə, Azərbaycan Respublikası qadınların hüquqlarının qorunması məqsədilə bir neçə beynəlxalq Konvensiyalara qoşulub və milli qanunvericilikdə xüsusi qanunlar qəbul edilib, müvafiq dəyişikliklər həyata keçirilib. ?Erkən nikah hallarının qarşısının alınması üçün qanunvericilikdə həmin halın baş verməsinə dair məsuliyyətin kim tərəfindən daşınması və eyni zamanda qanunvericilikdə əks olunan nikah yaşı məsələləri tənzimlənməlidir. Erkən nikah hallarının sayının Azərbaycanda azalması tendensiyası müşahidə olunur. Bununla bağlı Ailə Məcəlləsinin 10-cu maddəsində əks olunan nikah yaşına düzəliş edilməlidir və həmin maddəni pozan insan məsuliyyətə cəlb olunmalıdır. Bu, əsasən Azərbaycanda demoqrafiya problemlərinin bundan sonra da uğurla həll olunmasına gətirəcək? deyə Dövlət Komitəsinin sədri qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA