Dollar rekord qiymətə çatdı - 9 aylıq maksimum

img

14-11-2016 [12:26]


Bugünkü ticarət sessiyasında dolların indeksi 9 aylıq maksimumu yeniləyib. Buna səbəb ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artmasıdır.

Dolların indeksi 0,44% möhkəmlənərək 99,5 səviyyəsinədək yüksəlib. Bunadək isə ABŞ-ın milli valyutasının indeksi yanvarın 29-dan etibarən ən yüksək göstərici hesab olunan 99,68 səviyyəsinədək irəliləməyi bacarıb.Dolları bahalaşdıran əsas amillərdən biri də odur ki, investorlar ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın administrasiyasından inflyasiyanın yüksəldilməsi istiqamətində zəruri addımların atılacağını gözləyir. Bu gözləntilər ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyini 2,2% artıraraq 10 aylıq maksimum səviyyəyə çatdırıb.

Dollar Yaponiya yeninə qarşı 0,8% bahalaşaraq 107,56 səviyyəsində qərarlaşıb. Halbuki, bundan öncə dollar 107,595 yenə qədər bahalaşmışdı ki, bu da iyunun 7-dən etibarən maksimumdur. Avro 0,52% ucuzlaşaraq 1,0794 dollaradək geriləyib. Bundan öncə Avrozonanın vahid valyutasının dollara qarşı məzənnəsi hətta 1,0773 səviyyəsinədək enib ki, bu da yanvarın əvvəlindən minimal göstəricidir.

Funt sterlinq isə 0,3% ucuzlaşaraq 1,2559 dollara çatıb.
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA