MTRŞ-dən Xoşqədəmlə bağlı - Açıqlama

img

14-11-2016 [12:19]


Xəbər verdiyimiz kimi, Meydan TV Xoşqədəm Hidayətqızının müəllifi olduğu və bir neçə il əvvəl ATV-də yayımlanan "Səni axtarıram” proqramının çəkilişlərini paylaşıb. 

Dünəndən geniş müzakirələrə səbəb olan kadrlara aparıcı qısa da olsa, münasibət bildirib. Mia.az xəbər verir ki, yayılan videomaterialla bağlı Lent.az-a açıqlama verən Milli Televiziya və Radio Şurası (MTRŞ) deyib ki, onlar bu görüntülərə şərh verə bilməzlər. Qurumun Aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, əgər o görüntülər efirdə getməyibsə, MTRŞ bununla bağlı şərh verə bilməz: "MTRŞ ancaq efirə cavabdehdir, efirarxası baş verənlərə yox”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA