"Aqrarkredit" ABB-yə borcunu niyə qaytara bilmir?

img

14-11-2016 [10:48]


Rusiyalı kinoprodüser Aleksandr Rodnyanskiyə məxsur "Non-Stop Production" şirkətinin səhmlərinin 49%-i Lüksemburqun "Excalibur" şirkətinə satılıb. 

"APA-Economics" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, "Excalibur" "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) problemli kreditlərini idarə edən "Aqrarkredit" QSC-yə məxsusdur.
 
Rusiya şirkəti ABB-dən kredit götürüb.
 
"Aqrarkredit" QSC-nin əsas məqsədi problemli kreditlərin effektiv şəkildə  qaytarılmasıdır. Bunun üçün QSC "Vertikal Kapital" şirkəti ilə müqavilə imzalayıb. Sonuncu artıq A. Rodnyanskiyə etirazını rəsmi qaydada bildirib. A. Rodnyanskinin "Aqrarkredit"ə 4 mln. dollar və 290 mln. rubl borcu var. "Vertikal Kapital"ın açıqlamasına əsasən, prodüserin şirkəti ABB-nin Rusiyadakı törəməsi olan "ABB-Moskva" qarşısındakı öhdəliyini yerinə yetirməkdə də çətinlik çəkir.
 
"Excalibur" şirkətinin investisiya tərəfdaşı olan "AR Films"in rəhbəri Fyodor Petrov bildirib ki, onun şirkətin "ABB-Moskva" ilə bir sıra kredit müqaviləsi var. Müqavilələrin ümumi dəyəri 4 mln. dollardır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA