13-11-2016 [21:20]
Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafanın sədrliyi ilə partiyanın Siyasi Qurulunun iclası keçirilib.
İclasda həftə ərzində qəbul edilən qərarların icrası haqqında məlumat dinlənilib, partiyadaxili, eləcə də ölkə və dünya gündəmində yer alan mühüm məsələlər müzakirə edilib.
BQP-dən Mia.az-a verilən məlumata görə, iclasda partiyanın rayon və şəhər təşkilatlarında vaxtı çatmış ümumi yığıncaqların keçirilməsinə dair məlumat dinlənilib və bəzi yerli təşkilatlarda iclasların keçirilməsində yubadılma halları tənqid edilərək müvafiq göstərişlər verilib.
Siyasi Qurulda millət vəkili Fazil Mustafanın parlamentin ötən gün keçirilən iclasında vətəndaşlar tərəfindən ona edilən müraciətlər əsasında şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlər üçün ciddi problemlər yaradılması, kredit, ya da vergi borcuna görə şəxsiyyət vəsiqəsinin vaxtının uzadılmasına etiraz edilməsi məsələsini parlamentarilərin diqqətinə çatdırması dəstəklənib və vətəndaşlara qarşı buna bənzər qanunsuzluqların bir daha təkrarlanmayacağına inam ifadə olunub.
İclasda xərçəng xəstəliyindən əziyyət çəkən insanların müalicə xərclərindən azad edilməsi ilə bağlı Türkiyə təcrübəsinin ölkədə tədbiqinin əhəmiyyətinə diqqət çəkilib: "Qardaş ölkədə bir neçə gün bundan əvvəl bədxassəli şişlərdən əziyyət çəkən xəstələrin dövlət xəstəxanaları tərəfindən məsrəflərinin qarşılanmasının bundan sonra özəl müalicə müəssisələrinə də şamil edilməsi ilə bağlı qərarın qəbul edilməsi olduqca təqdirəlayiqdir. Azərbaycanda da belə bir qərarın qəbul edilməsi amansız xəstəlikdən əziyyət çəkən xəstələrin pulsuz dərman preparatları ilə təmin edilməsi və müalicə xərclərinin qarşılanması baxımından ədalətli olmaqla bərabər, ailələri ağır məsrəflərdən, əksər hallarda isə ödəyə bilmədikləri yük və çarəsiz durumdan azad edərdi”.
Siyasi Qurulun icıasında Orta Şərqdəki, İraq və Suriyadakı Türkmən faciəsinə diqqət çəkilib. Qeyd edilib ki,Orta Şərqdə baş verən proseslər nəticəsində, İraq və Suriyada Türkmənlərin düşdüyü vəziyyət narahatlıq doğurur: "İraqda digər etnik qrupların, xüsusilə kürdlərin hesabına regionun demoqrafik quruluşunu dəyişdirməyə açıq-aşkar cəhdlər edilir. Özlərini Azərbaycan Türklərinin bir hissəsi olaraq görən və Azərbaycandan yardım istəmələrində tamamilə haqlı olan İraq və Suriya Türkmənlərinin faciəsinə laqeyd qalınmamalı, ölkənin siyasi partiyaları, qeyri-hökumət və ictimai təşkilatları köməyə möhtac olan soydaşlarımızın çağırışlarına səs verərək, ehtiyac duyulan maddi və mənəvi dəstəkdən onları məhrum etməməlidirlər”.
Sonda cari məsələlər müzakirə edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi