13-11-2016 [20:13]
Məlum olduğu kimi, 10 noyabr Mustafa Kamal Atatürkün vəfatı günüdür.
Mia.az bxəbər verir ki, həmin günü tarix elmləri doktoru Cəmil Həsənli XX əsrin böyük siyasi liderlərindən olan Mustafa Kamal paşanın 1936-cı ilin oktyabr ayının 29-da Ankaradakı Sovet səfiri Lev Karaxanla (Karaxanyanla) olan söhbətinin gizli şəkildə Moskvaya göndərilmiş məzmununu açıqlayıb.
Mia.az tarixin maraqlı sirlərindən sayılan həmin hadisəni Cəmil Həsənlinin sözləri ilə təqdim edir:
***
Gizli sənəddə göstərilirdi ki, həmin gün Türkiyədə Cümhuriyyət bayramı olduğu üçün Mustafa Kamal paşa onu müşayiət edən şəxslərlə birlikdə Sovet səfirliyində təşkil edilən qəbula xeyli gec gəlmişdi. O, Karaxanla salamlaşdıqdan sonra onunla birlikdə bufetə keçib və orada qızğın mübahisələr başlayıb.
Mustafa Kamal paşa SSRİ-yə olan dostluğundan və rəğbətindən söz açıb və həmin dəqiqə bəyan edib ki, Türkiyə müstəqilliyinin ildönümü münasibəti ilə Sovet rəhbərinin təbrik göndərməməsindən çox incikdir.
Lev Karaxan ona cavab verib ki, bu, həqiqətə uyğun deyil və həmin təbriki teleqraf vasitəsi ilə yoldaş Mixail Kalinin göndərib.
Bu zaman Mustafa Kamal paşa acıqlı halda bildirir ki, bu, ona məlumdur: "Mən onu almışam və cavab da vermişəm. Lakin mən vasitəçinin araçılığı ilə iş görməyi xoşlamıram. Mən nəinki Türkiyə Cümhuriyyətinin prezidentiyəm, eyni zamanda türk xalqının lideriyəm”.
Daha sonra o, Karaxandan soruşur: "Sizdə rəhbər kimdir?”.
Karaxan cavab verir ki, rəhbərimiz yoldaş Stalindir.
Mustafa Kamal paşa cavabında deyir: "Onda nə üçün o, mənə təbrik teleqramı göndərməyib? Ondan başqa hamı göndərib. Bununla o göstərmək istəyir ki, məni saymır?”
Karaxan cavab verir ki, bu belə deyil, SSRİ-də Stalinin təbrik teleqramı göndərməsi qəbul olunmayıb. Əlavə edir ki, oktyabrın 28-də Cümhuriyyət günü münasibəti ilə Kamal paşanı təbrik etdikdə, Stalinin şəxsi salamlarını da ona çatdırıb.
Kamal paşa qeyd edir ki, o, Sovet İttifaqı ilə dostluğa böyük əhəmiyyət verir və nə qədər ki, o yaşayır, bu dostluq mövcud olacaq. Lakin o, bu dostluğu yalnız bərabər tərəflərin dostluğu kimi qəbul edir…
Atatürk hesab edirdi ki, Stalin ona təbrik teleqramı göndərməli, bunu vasitəçi yolu ilə etməməlidir.
Karaxan etiraf edir ki, müəyyən mənada bu fikir doğrudur. Onun özü Xarici işlər naziri Rüştü Arasla söhbət edən zaman bəzən bir-birini başa düşmürlər, lakin Aras Maksim Litvinovla söhbətləşəndə daha yaxşı bir-birlərini anlayırlar. O, əmindir ki, əgər Kamal paşa şəxsən yoldaş Stalinlə görüşsə, onlar bir neçə dəqiqənin içində istisnasız olaraq bütün məsələlərdə razılığa gələ bilərlər.
Sonra söhbət zamanı Kamal paşa ilə Stalinin görüşünün təşkil edilməsi barədə fikir mübadiləsi edilir və bu görüşün vacibliyi vurğulanır.
Atatürk söhbət zamanı yenidən xəbərdarlıq edir ki, o, yalnız bərabərhüquqlu münasibətlərin tərəfdarıdır. Ayrı formada qarşılıqlı əlaqələrə razı deyil:
"Mən bilirəm, Sizin çox güclü, mexanikləşdirilmiş ordunuz var, lakin mən ondan qorxmuram, ümumiyyətlə, bu dünyada heç kimdən qorxmuram, o cümlədən sizdən də. Mənim arxamda 18 milyonluq xalq dayanır, yetərlidir ki, mən əmr edim, mən hara desəm, onlar mənim arxamca gələcəkdir. Mən istəsəm, münasibətlərə böyük ziyan vura bilərəm. Mən bunu, əlbəttə ki, heç vaxt etmərəm, ona görə ki, mənim sözüm də, dostluğum kimi müqəddəs və sarsılmazdır.”
Gizli məlumatın mətni ilə tanış olduqdan sonra Stalin onun üzərinə maraqlı dərkənar qoyub: "Voroşilova, Kaqanoviçə, Orcanikidzeyə, Litvinova. Bizim "dostumuz” Atatürkün "nitqinin” mətni ilə tanış olmaq maraqlı olardı."
Gördüyünüz kimi, qələmlə yazılmış dərkənarda hər iki söz məhz Stalin tərəfindən dırnaq içərisinə alınıb.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi