Komitə sədri gömrük postunda - Aydın Əliyev sərhəddəki vəziyyətlə maraqlandı

img

12-11-2016 [16:28]


Son günlərdə Azərbaycan-Rusiya sərhədində yaranan avtonəqliyyat vasitələrinin sıxlığı ilə bağlı mövcud vəziyyətlə tanış olmaq üçün noyabrın 12-də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Rusiya Federasiyası ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postunda olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən mia.az-a verilən məlumata görə, komitə sədri avtonəqliyyat vasitələrinin sürücüləri ilə görüşüb, onları maraqlandıran sualları cavablandıraraq bildirib ki, Rusiya tərəfi ilə müntəzəm danışıqlar aparılır və problemin qısa vaxtda həll edilməsi üçün bütün müvafiq tədbirlər görülür.

Xatırladaq ki, yaranan problemlə əlaqədar Dövlət Gömrük Komitəsinin rəhbərliyinin Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi ilə apardığı danışıqlardan sonra iki gün ərzində 300-ə qədər yük avtomobilinin sərhədi keçməsi təmin edilib və sıxlıq nisbətən aradan qaldırılıb. Bundan başqa Rusiya Federasiyası rəsmiləri yaxın 2 gün ərzində sıxlığın tam aradan qaldırılması üçün müvafiq tədbirlərin həyata keçiriləcəyini bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA