Bu şirkət rəhbərlərinə xaricə çıxmaq qadağan edildi - SİYAHI

img

12-11-2016 [16:16]


Vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılan şirkət rəhbərlərinin sayı artıb. Vergilər Nazirliyindən verilən xəbər görə, siyahıda 715 şirkətin adı yer alıb.

Siyahıda adı çəkilən şirkət rəhbərlərindən 8 nəfəri xarici vətəndaşdır. "İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.

Tam siyahı ilə buradan tanış ola bilərsiniz.

http://taxes.gov.az/uploads/vergiborcu/airHuquqi.pdf 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA