Sabah hava necə olacaq? - Nazirlik açıqladı

img

12-11-2016 [15:10]


Sabahın hava şəraiti ilə bağlı proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Abşeronda bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-19° isti olacaq.

Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA