“Ramiz Mehdiyevin rəhbərliyi ilə bu problemi həll etmək olar” - Deputat prezidentin sərəncamını şərh etdi

img

12-11-2016 [12:12]


"Ölkə başçısının Ramiz Mehdiyevin sədrliyi ilə Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupu yaratması çox təqdirəlayiqdir”.

Bunu Qafqazinfo-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Kanalizasiya probleminin həll olunması üçün işlərin həddindən çox olduğunu bildirən millət vəkili işçi qrupda baş nazirin müavini, digər qurumların rəhbərləri də təmsil olunduğunu vurğulayıb: "Mən inanıram ki, Ramiz Mehdiyevin rəhbərliyi ilə bu problemi həll etmək olar. Ölkədə iqtisadi vəziyyətin hansı səviyyədə olmasından asılı olmayaraq, paytaxtın bu problemi həll olunmalı idi. Yağış yağanda şəhərin hansı vəziyyətə düşdüyünü görürsünüz. Ona görə də məsələ gec-tez həll olunmalı idi. Probleminkredityaxud büdcə vəsaiti hesabına həll olmasından asılı olmayaraq, ölkə başçısı düzgün qərar qəbul etdi”.

İqtisadçı ekspert Natiq Cəfərliisə hesab edir ki, texniki formatda işçi qrupun yaradılmasını daha məqsədəuyğun sayır: "Son vaxtlar Bakıya güclü yağış yağandan sonra şəhərdə yaranan biabırçı vəziyyətə müxtəlif reaksiyalar oldu. Bu reaksiyaların isə hansısa mühüm dəyişikliklərə gətirib çıxaracağını demək çətin görünür.

Vaxtında bu dərin problemin üstünə gedilməyib. İndi isə bu işi görmək üçün Bakını başdan-ayağa qazıb tökmək lazım olacaq. Bunun üçün isə milyardlarla vəsait tələb olunur. Buna görə də işçi qrupun işinin indidən hansı nəticəyə gələcəyini söyləmək çox asandır. Nəticə ondan ibarət olacaq ki, bu işi görmək üçün milyardlarla pul lazımdır. Bəs, bu vəsaiti xərcləməyə Azərbaycanın indiki iqtisadi durumu, büdcəsi qadir olacaqmı? İndiki halda büdcənin həddindən artıq böyük xərcləmələri öz üzərinə götürməsi mümkünsüz görünür”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA