11-11-2016 [21:38]
Bakıda Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə "Yaxın Şərqdə mövcud durum: Türkmən faciəsi” mövzusunda dəyirmi masa keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə müxtəlif siyasi partiyaların, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edib.
Dünya Azərbaycanlıları Konqresinin sədri, xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, Yaxın Şərqdə türkmən faciəsi yaşanır və dünya birliyi, böyük dövlətlər bu faciəyə laqeyd yanaşır:
"Bütün dünyanın gözünün qarşısında bizim parçamız olan xalq ölümlə üz-üzədir. Ortadoğu projesinin əsas hədəfi türklük və Türkiyədir. İraqda və Suriyada türkmənlər hədəfdədir, dünyanın səsi çıxmır. Mosul üçün türkmənlər silah istəyir, onlara silah verilmir. Qısa müddətdə 1500 türkmən oğurlanıb, işgəncələrə məruz qalıb. Bu, insanlığa qarşı soyqırımdır. Türkmənlərin varlığı təhlükə altına düşüb. İraqdakı türkmənlər bəzən Azərbaycan bayrağı ilə vuruşurlar, amma təəssüf ki, belə bir vəziyyətdə nə Türkiyənin, nə Azərbaycanın mövqeyi yoxdur. "Qarabağı həll etdik ki, Kərkükü düşünək?” deyənlər, bu fikirlə yaşayanlar yanılır. Bütün türklər bizim soydaşımızdır, onların dərdi bizim dərdimizdir. Fikir adamları bu millətin faciəsinə yanmalıdır. Sosial şəbəkələrdə nəyə görə bu dərdə laqeyd yanaşılır? Biz hər addımda bu faciələri dünyaya çatdırmalıyıq”.
Dəyirmi masada Telman Nüsrətoğlu məruzə ilə çıxış edib, türkmənlərin tarixi, müasir vəziyyəti ilə bağlı məlumat verərək mövcud bölgənin əsrlər boyu türklərin yaşayış məskəni olduğunu, bu gün isə xristian aləminin bu ərazilərə yenidənsahib olmaq üçün müharibələr təşkil etdiklərini qeyd edib.
Tədbirdə iştirak edən Azərbaycan-Türkiyə Evinin başqanı Tənzilə Rüstəmxanlı Suriya və İraqda türkmənlərə qarşı soyqırım aparıldığını qeyd edərək, yalnız Türkiyənin türkmənlərin yanında olduğunu bildirib: "Türkmənlər Azərbaycanı öz vətənləri hesab edirlər. Təəssüflər olsun ki, Azərbaycanda heç kimdən səs çıxmır. Çünki işin içində Rusiya da var”.
Tənzilə Rüstəmxanlı çıxışında Orta Asiya və Türk Cümhuriyyətlərini də qınayaraq onları səssiz qalmamağa Türkmən eli üçün bir olmağa çağırıb.
DAK Azərbaycan nümayəndəliyinin rəhbəri, BDM sədri İsmayıl Ağayev isə çıxış edərək, bildirib ki, BDM və Azərbaycan Turan Ocağının birgə təşəbbüsü ilə Türkmən elinə yardım məqsədilə bank hesabı açıldığını və artıq Azərbaycan və Türkiyədən həmin hesaba vəsaitlərin daxil olduğunu qeyd edib.
Daha sonra DAK idarə heyətinin üzvləri hüquqşünas Adil Minbaşı, Zəlimxan Məmmədli, keçmiş baş nazir Pənah Hüseyn, Ümid Partiyasının sədr müavini Taleh Əliyev və Nemət Pənahlı çıxış edərək, türkmən elinə təcili humanitar yardımın edilməsini və soydaşlarımıza real köməkliyin göstərilməsi məqsədilə bu gün bütün Azərbaycanın Türkiyənin yanında olmasının vacibliyini vurğulayıblar. Onlar eyni zamanda Azərbaycan və Türkiyə hakimiyyətinə müraciətin qəbul edilməsini və DAK tərəfindən təcili komissiyanın yaradılaraq bir qrup ziyalının İraqa səfərinin təşkil olunması təklifini irəli sürüblər.
Tədbirin sonunda Dünya Azərbaycanlıları Konqresi adından müraciət qəbul edilib.
Müraciətdə qərb ölkələrindən, ABŞ, İran və Rusiyadan hər cür hərbi-strateji yardım alan ərəb və kürd ordularından fərqli olaraq türkmənlər öz qan qardaşlarının yaşadığı Türkiyə və Azərbaycandan heç bir dəstək almadan talehin ümidinə buraxıldığı, İraqı və Suriyanı parça-parça etmək istəyən böyük güclər bu bölgədə türkmənləri görməzdən gəlir və dolayı yolla, milyonlarla soydaşımızı bu coğrafiyada yox etmək planını həyata keçirirlər deyə bildirilib. Müraciətin sonunda qeyd edilib ki, DAK bu bölgənin ən qədim xalqlarından birinə qarşı 21-ci yüzildə tətbiq edilən bu kütləvi qırğın siyasətini qətiyyətlə pisləyir və dünyanın sülhsevər qüvvlərini, vicdan sahiblərini, İraq və Suriyanın dinc türkmən əhalisinin müdafiəsinə səsləyir.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi