Ziya Məmmədov Nəqliyyat Nazirliyinin bütün strukturlarını hərəkətə gətirməklə bağlı əmr verdi

img

14-05-2010 [01:08]


Baş verən təbii fəlakət nəticəsində yaranmış vəziyyətin aradn qaldırılması, işlərin daha operativ görulməsi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədi ilə nəqliyyat naziri Ziya Məmmədov əmr imzalayıb. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, əmrə əsasən, ?Azərbaycan Dəmir Yolları? QSC-yə və ?Azəryolservis? ASC-yə tapşırılıb ki göstərilən ərazilərdə tam həcmli bərpa işlərinin aparılması üçün şəraitin yaranacağı müddətədək, baş vermiş fövqəladə halların nəticələrinin aradan qaldırılması, eləcə də qəza-bərpa işlərinin görülməsi üçün bütün zəruri texnika və işçi qüvvəsinin səfərbər olunmasını və səlahiyyətləri daxilində bu istiqamətdə müvafiq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etsinlər. Bundan əlavə baş vermiş fövqəladə hallar nəticəsində dəymiş zərərin həcmini müəyyənləşdirilməli, nəqliyyat infrastrukturu obyektlərinin təbii fəlakətlərin təsirindən qorunması və təhlükəsiz istismarı üçün müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməli, müvafiq ərazilər üzrə aparılacaq bərpa işlərinin gedişi və nəticələri barədə mütəmadi olaraq Nəqliyyat Nazirinə məlumat verilməlidir. ?Avtonəqliyyatservis? Departamentinə isə tapşırılıb ki, baş vermiş fövqəladə hallar nəticəsində yaranmış mövcud vəziyyətlə əlaqədar aidiyyəti üzrə zəruri işlərin görülməsini təmin etsin. Nazirliyin Təhlükəsizlik və fövqəladə hallar şöbəsi isə baş vermiş fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərin əlaqələndirilməsini təmin etməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA