Bakıda aftoşluq edən qadın polis saxlanıldı - Foto

img

11-11-2016 [17:32]


Bakının mərkəzində avtoşluq edən xanım polis saxlanılıb. 

Mia.az criminal.az-a istinadən xəbər verir ki, polis əməkdaşı olan 30 yaşlı Esmira Zahir qızı Neymətova idarə etdiyi bahalı 10 MA 084 dövlət nömrə nişanlı Jeep markalı avtomobillə Neftçilər prospektində avtoxuliqanlıq edib.

Polis əməkdaşları onu saxlayaraq maşını cərimə meydançasına aparıb. Bu zaman E.Neymətova polislərə etiraz edərək yüksək vəzifəli adamların adından istifadə edərək məsuliyyətdən yayınmaq istəyib.

Araşdırma zamanı E.Neymətovanın adından istifadə etdiyi şəxslə əlaqə saxlanılıb və o, qızı tanımadığını deyib.

Hazırda qız Səbail rayon Məhkəməsinə aparılıb.

E.Neymətova Bakıda polis işləyir. Hansı vəzifədə çalışması hələ ki, məlum deyil.


Bakıda avtoşluq edən qadın polis saxlanıldı -  Foto




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA