Prezident işçi qrupu yaratdı - Ramiz Mehdiyev rəhbər təyin edildi

img

11-11-2016 [16:30]


Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb.

Mia.az xəbər evrir ki, İşçi qrupunun rəhbəri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təyin edilib.

İşçi qrupunun üzvləri:

Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini;

Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri;

Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı;

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri;

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri;

Abbas Ələsgərov - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri;

Qorxmaz Hüseynov - "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri;

Əhməd Əhmədzadə - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri;

Balababa Rzayev - "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri;

Saleh Məmmədov - "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA