?Laçın Azərbaycanın qədim diyarıdır? mövzusunda dəyirmi masa keçirilib

img

14-05-2010 [01:01]


Bu gün ?Caspian Plaza? Biznes Mərkəzində Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi və Azərbaycan işğal olunmuş ərazilərinin tarix və mədəniyyət abidələrinin müdafiə təşkilatı İctimai Birliklərinin ?Laçın Azərbaycanın qədim diyarıdır? mövzusunda təşkil etdiyi Dəyirmi Masa keçirilib.` Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə dövlət strukturları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, mətbuat işçiləri iştirak edib. Dəyirmi masanın açılışını edən AMMKHM İB- sədri professor Nadir Abdullayev qeyd edib ki, 1992-ci ilin 5-6 may tarixində Laçın rayonu Ermənistan ərazisindən hücumlara məruz qalıb: ?Rayon uğrunda gedən döyüşlər zamanı 262 nəfər həlak olmuş, onlarla insan yaralanmış, 100 nəfər itkin düşmüş, 36 nəfər əsir və girov götürülmüşdür. Hal-hazırda erməni işğalı altında olan Laçın rayonunun meşələri ermənilər tərəfindən kütləvi şəkildə qırlmaqdadır?. Tədbirdə ?Azərbaycan İşğal olunmuş Ərazilərin Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı? İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib ki, işğalçı Ermənistan tərəfi müvafiq beynəlxalq sənədlərə məhəl qoymadan Azərbaycanın ərazi bütövlüyünü pozmaqla ələ keçirdiyi Laçın rayonunun heç vaxt Azərbaycana qaytarılmayacağı ilə bağlı təbliğat aparır. Burada qanunsuz şəkildə erməni əhalisinin məskunlaşdırılması işini həyata keçirir. Yaşayış məntəqələrini erməni üslubunda yenidən qurur, hətta Laçın rayonunu adını Kaşatağa, şəhərinkini isə Berdzora adlandırıbdır. F.İsmayılov tədbir iştirakçılarını İB-nin hazırladığı eksklüziv görüntülərin nümayişi ilə tanış edib. ?Laçın qədim Azərbaycan torpağıdır? mövzusunda Dəyirmi masanın iştirakçıları BMT Təhlükəsizlik Şurasına, Avropa Şurası Assambleyasına, ATƏT-in fəaliyyətdə olan sədrinə, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkə başçılarına müraciət edərək onları Ermənistanı öz işğalçı silahlı qüvvələrini Laçın rayonundan, həmçinin Azərbaycan Dağlıq Qarabağından, Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarından qeyri-şərtsiz çıxarmağa, ölkənin maddi-mənəvi sərvətlərinin talanına, tarixi və mədəni irsin məhvinə yönəlmiş siyasətinə son qoymağa məcbur etməyə çağırırlar. Rəhilə MANAFOVA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA