Ramil Usubov, Oqtay Şirəliyev, Abid Şərifov və Etibar Mirzəyev Sabirabadda müzavirə keçirib

img

14-05-2010 [12:33]


Bu gün dövlət rəsmiləri təbii fəlakətin baş verdiyi Sabirabad rayonunun Ulacalı kəndində müşavirə keçirib. Müşavirədə daxili işlər naziri Ramil Usubov, səhiyyə naziri Oqtay Şirəliyev, baş nazirin müavini Abid Şərifov və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev iştirak edib. Abid Şərifov müşavirədən sonra jurnalistlərə açıqlamasında bildirib ki, su basmış ərazilərdə tam şərait yaradıldıqdan sonra sakinlər öz yerlərinə qaytarılacaq: "Hesab edirəm ki, bir-iki gün ərzində vətəndaşların öz yerlərinə qaytarılmasına başlayacağıq. Aydın məsələdir ki, onları boş-boşuna ora göndərmək olmaz. Bunun üçün həmin kəndlərdə şərait yaratmaq lazımdır. İşıq, yol, su, rabitə çəkilməlidir. Eyni zamanda həyətlərdəki su çəkilməlidir ki, oraları dərmanlamaq mümkün olsun. Bu məsələləri yenidən müzakirə etmək üçün saat 14.00-da yenidən görüş keçiriləcək və inşallah işə başlayacağıq?. Qeyd edək ki, təbii fəlakətin baş verdiyi Kür sahili rayonlarda vəziyyət nisbətən sabitləşib. Bu gecə Kür çayında suyun səviyyəsi 80 santimetr aşağı düşüb. Gecə boyu demək olar ki, Kürətrafı bütün ərazilərdə bəndvurma işləri davam edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA