Səhiyyə Nazirliyi fəlakət zonasında yoluxucu xəstəliklərin qarzısını almağa çalızır

img

14-05-2010 [12:24]


Kür çayının daşması ilə əlaqədar sel basmış rayonlarda yaranmış gərgin vəziyyəti aradan qaldırmaq habelə, zərərçəkmiş bölgələrdə yoluxucu xəstəliklərin qarşısının vaxtında alınması məqsədilə Səhiyyə Nazirliyi tərəfindən görülən işlər davam etdirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, zərər çəkmiş rayonlara tibbi-profilaktik və sanitariya - əksepidemik tədbirlərin həyata keçirilməsi məqsədilə mütəmadi olaraq müvafiq mütəxəssislər, o cümlədən infeksionist, pediatr və epidemioloqlar ezam olunub, zərərçəkmişlərə ilk gündən etibarən ərzaq, geyim, yataq dəstləri, dərman və sarğı ləvazimatları aparılıb. Əhaliyə verilən içməli suyun zərərsizləşdirilməsi məqsədilə su təmizləyici qurğularında reagentlərin və xlorun azalmayan ehtiyatı təmin edilmiş, əhalinin istifadə etdiyi açıq su kəmərlərində vəba vibrionlarına qarşı müayinələr təşkil olunub. Səhiyyə nazirliyinin nümayəndələri növbəli şəkildə bölgələrdə qalaraq oradakı epidemik vəziyyəti daim nəzarətdə saxlayırlar. Son məlumatlara əsasən bu gün ərazidə 3 dəfə dezinfeksiya işləri aparılıb, 600 nəfər müayinədən keçib, 25 nəfər hospitallaşdırılıb. Onlardan 15 uşaq, 12-si hamilə qadındır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA