İcra başçısı Əhəd Abıyevin hərəkəti dünya mətbuatına çıxdı - Rüsvayçılıq

img

11-11-2016 [12:47]


Kolumbiya mətbuatı Daşkəsinin icra başçısı Əhəd Abiyevdən yazıb

Kolumpiyanın colombia.com saytındakı məqalədə Əhəd Abiyevin Kolumbiya və Ermənistan bayraqlarını rənglərinə görə səhv saldığı qeyd olunub.

Məqalədə bildirilir: "Əhəd Abiyevin başına xoşagəlməz hadisə gəlib. Ə.Abiyev əsgərlərin qarşısında "şifer” materialından hazırlanmış Kolumbiya bayrağını yumruqla sındırmağa cəhd edib. Saatlar sonra sındırmağa çalışdığı bayrağın Ermənistana deyil, Kolumbiyaya məxsus  olduğunu anlayan Ə.Abiyev məyus olub. Həm də bilinməlidir ki, Ə.Abiyevin bu hərəkəti Kolumbiyaya qarşı cinayət sayılır.  
 
Onu da diqqətinizə çatdıraq ki, Azərbaycan və Ermənistan arasındakı mövcud konflikt 1991-ci ildə Dağlıq Qarabağ ərazisi uğrunda başlayıb. Sonda həmin ərazidə hökmranlığı ələ alan Ermənistan Azərbaycan bayrağına bənzər "göy, sarı, qırmızı” üçrəngli bayraq seçiblər”.

Lent.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA