Sabah hava necə olacaq? - Nazirlik açıqladı

img

11-11-2016 [12:43]


Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun yarımadada gecə  9-11° isti, gündüz  14-17° isti, Bakıda gecə  9-11° isti, gündüz  15-17° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan yuxarı 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. 
 
Nisbi rütubət  gecə 75-85%, gündüz 60-70 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 4-17° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA