İki nazirlik birləşdirilir? - Samir Şərifun yeni planı

img

11-11-2016 [12:32]


Maliyyə naziri Samir Şərifov Vergilər Nazirliyini rəhbərlik etdiyi quruma birləşdirməyə çalışır. 

Mia.az Azadlıq.info-ya istinadən xəbər verir ki, 2017-ci ilin dövdət büdcəsində Vergilər Hazirliyinin öhdəliyinin artırılması da bununla bağlıdır.

Məlumat üçün deyək ki, 2017-ci il üçün Vergilər Nazirliyinin öhdəliyi 7.2 milyard manat müəyyən olunub. Bu, 2016-cı il üçün müəyyən olunan öhdəlikdən 1.2 milyard manat çoxdur.

Müşahidələr göstərir ki, Vergilər Nazirliyi hazırki öhdəliyi yerinə yetirməyə belə çətinlik çəkir. Deməli, 2017-ci il Fazil Məmmədov üçün daha ağır olacaq.

 "Samir Şərifov da bunu bildiyindən vergilər nazirini çətin vəziyyətə salıb. Məqsəd Fazil Məmmədovun vəzifəsinin öhdəsindən gələ bilmədiyini ortaya qoymaq və Vergilər Nazirliyini departament formasında Maliyyə Nazirliyinə birləşdirməkdir”, – deyə mənbə bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA