FED-in uçot dərəcəsini artırması ölkəmizə necə təsir edəcək? – Deputatdan proqnoz

img

11-11-2016 [12:07]


Trampın iqtisadi məsələlər üzrə müşaviri Devid Malpas dekabr ayında FED-in uçot dərəcəsini artıracağını bəyan edib.

Mia.az xəbər verir ki, millət vəkili Vahid Əhmədov azNews.az–a açıqlamasında Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsinin artırılacağı ilə bağlı qərarın gözlənilən olduğunu qeyd edib: "Ümumiyyətlə, bu məsələ hələ Amerikada prezident seçkiləri keçirilməzdən əvvəl gündəmdə idi. Federal Ehtiyyat Sisteminin uçot dərəcəsini qaldırmaq fikri vardı. Hətta, bu proses noyabr ayında gözlənilirdi. Onu dəyandırdılar. Amma ilin sonuna kimi müəyyən qədər dəyişiklik olacaq”.

V.Əhmədovun fikrincə, uçot dərəcəsinin dəyişilməsi ölkədə müəyyən problemlər yaradacaq: "Neftin qiymətindən tutmuş milli valyutaya kimi hər şeyə təsir edəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA