Bakıda Fövqəladə Hallar Nazirliyinin təzkilatçılığı ilə NATO Komitəsinin iclası keçiriləcək

img

13-05-2010 [07:23]


Mayın 18-19-da Bakıda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə NATO-nun Avro-Atlantika Tərəfdaşlıq Şurası çərçivəsində Ali Mülki Fövqəladə Planlaşdırma Komitəsinin (AMFPK) plenar iclası keçiriləcək. FHN-in internet saytının xəbərinə görə, tədbirdə NATO-ya üzv və tərəfdaş dövlətlərin, NATO-nun müvafiq strukturlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur. Tədbirə NATO-nun Baş katibinin əməliyyatların planlaşdırılması üzrə rəsmi nümayəndəsi səfir Maurits Yoxems sədrlik edəcək. Tədbirin əsas məqsədi 2010-2013-cü illər üzrə AMFPK-nın planlaşdırma büro və komitələrinin iş proqramı, 2011-2015-ci illər üzrə treninq və təlimlərlə bağlı fəaliyyət proqramı, kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsizliyi sahəsi mütəxəssisləri ilə mümkün hücumlara qarşı mülki hazırlığın təkmilləşdirilməsi üçün AMFPK-nın fəaliyyət planının, həmçinin, fövqəladə hallar və fəlakətlər zamanı yardım imkanları və digər aidiyyəti məsələlərin müzakirəsidir. Tədbirin keçirildiyi günlərdə mülki fövqəladə planlaşdırma və böhranların idarə olunması sahəsində FHN-in NATO-nun müvafiq strukturları ilə əlaqələrinin inkişaf etdirilməsi üçün bir sıra görüşlər keçiriləcək və qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA