İki aydır maaş ala bilməyən müəllimlərə nazirlikdən cavab: "İki gün də dözün..."

img

11-11-2016 [11:16]


Bakının bir sıra rayonlarında müəllimlərin maaşı gecikdirilir.

Bu barədə məlumatı paytaxtda fəaliyyət göstərən bir neçə təhsil müəssisəsində işləyən müəllimlər deyib. Onlar hələ də ötən ayın maaşını ala bilmədiklərini söyləyiblər.

Məsələylə bağlı "Qafqazinfo” Təhsil Nazirliyinə sorğu göndərib. Nazirlikdən cavab olaraq bildirilib ki, növbəti iki gün ərzində bu problem öz həllini tapacaq:

"2016-2017-ci tədris ili üzrə sinif və şagird kontingenti barədə məlumatların emalı prosesi başa çatan bütün təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqı onların bank hesablarına köçürülüb. Növbəti iki gün ərzində digər müəllimlərin əməkhaqqı da onların bank hesablarına köçürüləcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA