Payız tətili neçə gün olacaq? - Nazirlikdən açıqlama

img

11-11-2016 [10:29]


Azərbaycanın orta məktəblərində gələn həftə bu ilki tədris ilinin ilk tətili olacaq.

Mia.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun Trend-ə verdiyi məlumata görə, şagirdlər üçün payız tətili 5 gün - 16-20 noyabr tarixlərində olacaq. Lakin tətil günlərinin ikisinin – 19 və 20 noyabrın həftənin şənbə və bazar günlərinə təsadüf etməsi tətil günlərinin sayının artmasına səbəb olmayacaq.

C.Valehov bildirib ki, şagirdlər noyabrın 21-də dərslərdə iştirak etməlidirlər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA