11-11-2016 [01:12]
Azərbaycanda keçirilən səs-küylü məhkəmə prosesləri (Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin məhkəməsi də bu qəbildən olanlara aiddir) belə bir sualın meydana çıxmasına əsas verir: oliqarxlar tərəfindən oğurlanmış pulları ölkəyə necə qaytarmaq olar?
Mia.az Virtualaz.org-a istinadən xəbər verir ki, təkcə Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev yüz milyonlarla pulu mənimsəyərək, ölkədən çıxarmağa müvəffəq olub.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Soltanov açıqlama verib.
Cahangir Hacıyevdən uzun müddət öncə isə belə bir addımı Milli Məclisin sabiq spikeri Rəsul Quliyev və digərləri də atmışdı.
Bəs görəsən, müstəqillik dövründə oliqarxlar qeyri-qanuni yollarla ölkədən nə qədər pul çıxarıblar?

Oliqarx Cahangir Hacıyev
İqtisadçı-ekspert Vuqar Bayramov deyir ki, son yoxlamalar zamanı Beynəlxalq Bankdan həqiqətən də ölkə xaricinə ciddi məbləğlər çıxarıldığı üzə çıxıb. Həmin pulların əksər hissəsi ofşor zonalarındadır: "Təəssüf ki, oliqarxlar və məmurlar, öz səlahiyyətlərindən sui-istifadə edərək, pullarını xarici valyuta ilə ölkədən çıxarıblar. Bizim oliqarxlar inkişaf etmiş ölkələrdə biznes qururlar, sərmayə yatırırlar, villalar alırlar, pullarını xarici banklarda saxlayırlar. Və bu pulların qayıdışıyla bağlı problemlər yaranır".
V.Bayramovanın sözlərinə görə, bəzi ölkələrin təcrübəsi göstərir ki, pulları geri qaytarmaq mümkündür. Amma Azərbaycanda bunu etmək bir qədər çətinlik yaradır, çünki bizdə indiki halda bunu tətbiq edəcək beynəlxalq təcrübə və mexanizm yoxdur.

Vüqar Bayramov
"Amma bununla belə, güc strukturları pulun qayıdışına nail olmalıdır. Onlar bilməlidir ki, bu pullar hansı ölkələrdə və kimin hesabındadır. Pulların geri qaytarılması üçün Beynəlxalq Məhkəməyə müraciət olunmalıdır. Söhbət böyük məbləğdə olan pullardan gedir. Düşünürəm ki, böyük məbləğdə olan bu pulların ölkəmizə qayıdışı iqtisadiyyatımızın inkişafına dəstək verəcək", - ekspert əlavə edib.
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov isə qeyd edib ki, pulların tamamilə qaytarılması alınmayacaq. Çünki pulun ixrac mexanizmi itirilib:
"Məsələn, oliqarx hansısa zavodun tikintisi üçün bankdan kredit istəyir, 500 milyon pul götürür. Bu məbləğin 10 faizini isə bankın rəhbərliyi "şapka" şəklində ondan alır.
Oliqarx krediti götürdükdən sonra diqqəti yayındırmaq üçün pulun müəyyən hissəsini biznesə yatırır. O, bu işə təxminən 100 milyon pul xərcləyir. Bu cür oliqarxları əslində heç iş adamı adlandırmaq da doğru deyil. Bu barədə virtualaz.org saytı dəfələrlə yazıb. Yazıb ki, bu tip oliqarxlar həyatı boyunca heç vaxt normal biznes qurmayıblar. Amma onların özlərinə elə gəlir ki, guya "böyük biznesmenlərdir". Paralel olaraq eyni şeyləri həm burada, həm də xaricdə təkrarlayırlar. Zərgərlik və ya restoran biznesinə sərmayə yatırırlar. Bu da müvəffəqiyyətsizliyə gətirib çıxarır.
Bu oliqarxların işçiləri də öz növbəsində rəhbərlikdən oğurlayırlar və beləliklə də, pulun müəyyən hissəsi itir. Pulun yerdə qalan hissəsinə isə oliqarxlar xaricdə mülk alır, xarici banklarda hesabda saxlayırlar.
Hətta mənim bildiyimə görə, oliqarxlardan birinin qardaşı oğlanları Beynəlxalq Bankdan götürülən pullarla xaricdən dəvət etdikləri yüngül həyat tərzi sürən qadınları paytaxtın ən bahalı mehmanxalarında qonaq ediblər, orada saxlayıblar".

Ekspert Əkrəm Həsənov
Əkrəm Həsənov müstəqillik dövründə ümumilikdə ölkədən çıxarılmış pulların cəmini açıqlamağın çətin olduğunu vurğulayıb.
"Amma yalnız son 15 il ərzində, düşünürəm ki, minimum 100 milyard ölkədən kənara çıxarılıb. Təəssüf ki, bu cür halların qarşısının alınması üçün yeni qanunlar qəbul edilmir.
Yeri gəlmişkən, ölkəmizdə bütün dövlət strukturlarını Hesablama Palatası yoxlayır. Amma Mərkəzi Bank heç vaxt yoxlanmayıb”, - ekspert qeyd edib.
Eyni zamanda, dünya təcrübəsində aktivlərin geri qaytarılması üçün dörd ildən səkkizə ilə qədər vaxt tələb olunur. Bununla belə, bəzən ölkəyə pulu qaytarmaq mümkün olmur. Ukrayna təcrübəsi də bunu göstərir. Hələ də ölkənin sabiq prezidenti Viktor Yanukoviçin pulunu tapıb qaytarmağa çalışırlar:
"Aktivlərin qayıdışı məsələsi, təəssüf ki, asan məsələ deyil. Bu mükəmməl şəraitdə dünya təcrübəsində 4 ildən 8 ilə qədər vaxt aparır. Mən demirəm ki, biz gözləməliyik. Biz nəticə verə biləcək bütün mümkün olan şərtləri tətbiq etməliyik. Nə qədər tez olarsa, bir o qədər yaxşıdır. Bu barədə bir müddət əvvəl Ukraynanın baş prokuroru Yevgeni Yeninin müavini də bildirmişdi.
Bildirmişdi ki, aktivlərin qaytarılmasında hamı iştirak edir: parlament üzvlərindən tutmuş, baş prokurorluğa qədər".
Pulların qayıdışı üsulları haqqında danışan Ə.Həsənov deyir: "Nəzərə almaq lazımdır ki, oliqarxlar öz adına rəsmiləşdirilməmiş pulları hesablarda saxlayırlar və ya ofşor şirkətlərinə qoyurlar. Və bu pulları hesablamaq çox çətindir. Buna görə bütün məbləği geri qaytarmaq mümkün deyil.
"Bu səbəbdən, nə qədər çətin olsa da, necə olursa olsun, ədalət naminə bu oliqarxlarla sazişə getmək lazımdır. Başqa bir yol daha var, bu isə hüquqi yol deyil – onları sıxmaq da olar.
Mən elə bir insanam ki, məndən ötrü qanun və insan haqlarından yüksək heç nə yoxdur. Amma görəndə ki, bu cür oliqarxlara görə iqtisadiyyatımız belə vəziyyətə düşür, onlara edilən təzyiqləri görməmək üçün gözlərimi bağlamaq istərdim. Təki oğurlanan pullar geri qaytarılsın və bu başqaları üçün bir görk olsun”, - Ə.Həsənov əlavə edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi