Vergi yoxlamalarının sayı 2 dəfə azaldı - Operativ nəzarət tədbirləri dayandırıldı

img

10-11-2016 [22:32]


Vergilər Nazirliyi öz səlahiyyətləri çərçivəsində kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və üç istiqamət - əmək müqavilələrinin bağlanılması, aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla, əksər operativ nəzarət tədbirlərini dayandırıb.

Mia.az xəbər verir ki, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində 4441 səyyar vergi yoxlaması başa çatıb, bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2 dəfə azdır.

Ötən ilin yanvar-sentyabr ayları ərzində 58 min 574 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 66 min 527 akt tərtib edildiyi halda, 2016-cı ilin eyni dövründə 12 min 735 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 14 min 567 akt tərtib edilib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzarət tədbirləri nəticəsində tərtib edilmiş akt sayının 4,6 dəfə azalması deməkdir.

Operativ vergi nəzarəti tədbirləri zamanı cari ilin yanvar-sentyabr aylarında tətbiq edilmiş inzibati cərimə və maliyyə sanksiyalarının məbləği keçən ilin ilk doqquz ayı ərzindəkinə nisbətən 8,5 dəfə azalaraq cəmi 2,3 milyon manat təşkil edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA