Heydər Əliyevin doğum günü Qusardakı N saylı hərbi hissədə qeyd olunub

img

13-05-2010 [05:56]


?Mina Qurbanlarının sosial-iqtisadi problemlərinin həllinə kömək? İctiamai Birliyinin sədri Məmmədhəsən Həsənovun və ?Dədə-Qorqud? Milli fonduunun icraçı katibi, DAK ƏŞ-nın Qadınlara Şurasının sədri Dünyaxanım Əliyevanın təşkilatçılığı ilə AR Müdafiə Nazirliyinin Qusar şəhər ?N? saylı hərbi hissəsində Ümumilli Lider Heydər Əlirza oğlu Əliyevin 87-ci il dönümü qeyd olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirin rəsmi açılışı Azərbaycan Respublikasının himni ilə başlanıb və Ümumilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra AR-nın xalq artisti, Müdafiə Nazirliyinin ?Əlahidə? nemunəvi orkestrinin solisti Zümrüd Məmmədovanın ifasında Ş.Şahməmmədovun sözlərinə, S.Əliyevin musiqisinə bəstələnmiş ?Azərbaycan, bir də Heydər? kompazisiyası səslənib. Rəsmi hissəni giriş sözü ilə AR Müdafiə Nazirliyinin Qusarda yerləşən ?N? saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Oruc Abdullayev açaraq, ilk öncə gələn qonaqları salamlayıb. O öz çıxışında, Ümumilli Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda apardığı yüksək quruculuq işlərindən, xüsusən Azərbaycan Milli Ordusunun artıq qüdrətli bir orduya çevrilməsindən söz açıb. İşğal olunmuş torpaqlarımızın azad olunması naminə hər an, hər bir Azərbaycan əsgərinin qələbə əzmi döyüşə atıla biləcəklərindən qürurla danışıb. AR Ali Baş Komandan İlham Əliyev əmr edərsə hər bir azərbaycanlı kimi bizlər, əsgər və zabitlərimiz də ön sıralarda gedəcək, doğma Qarabağımızı yağı düçməndən azad edəcəAR Ali Baş Komandan İlham Əliyev əmr edərsə hər bir azərbaycanlı kimi bizlər, əsgər və zabitlərimiz də ön sıralarda gedəcək, doğma Qarabağımızı yağı düşməndən azad edəcəyik. Tədbirdə, Moskvada yaşayan və bu günlərdə ölkəmizdə olan Azərbaycanlı qonaq ? Hüquq elmləri doktoru, professor, Ədliyyə Generalı İntiqam Zeynalov cənabları, MQSİPHK İB-nın sədr müavini Yasəmən Sarıyeva, şairə jurnalist Sara Göyçəli, ?Zəka və Ülviyyət? jurnalının təsisçi direktoru Elmira Nüsrətqızı, Qarabağ Müharibəsi Veteranı Sevda xanm, 2-ci qrup Qarabağ əlili, MQSİPHK İB-nın Qusar şəhər şöbəsinin sədri Səmayə Bədəlova, Juranalistlərdən Əntiqə Rəşıd qızı, Məhnaz xanım , AzTV-1 və ?Region? televeziyasının çəkiliş qrupu əməkdaşları , foto müxbirlər və başqalararı iştiark ediblər. Çıxış edənlərdın Ədliyyə Generalı İntiqam Zeynalov, MQSİPHK İB-nın sədri M.Həsənov, ?Dədə-Qorqud? Milli Fondunun icraçı katibi, aparıcı E.N.Ağayeva və başqaları Ümumilli Lider Heydər Əliyevin keçdiyi çərəfli həyat yolundan, bu günki Azərbaycanın memar oğlundan , sabahın ümumilli gələcəyindən və Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab prezident İlham Əliyevin apardığı düzgün siyasəti nəticəsində Azərbaycan Milli Ordusunun daha da qüdrətli olmasından, əsgər və zabitlərimizə göstərilən yüksək dövlət qayğısından bəhs ediblər. Qusar şəhər 1 və 2 saylı məktəblərin şagirdləri Ümumilli liderə edilmiş şeirlər söyləyiblər.Hər iki məktəbin kollektivi MQSİPHK İB-nın Diplomları ilə təltif olunub. Tədbirin bədii hissəsi incəsənət nümayəndələrinin iştirakı ilə davam edib. Çıxış ediblər: Arönın xalq artisti, Müdafiə Nzirliyinin ?Əlahidə? nümunəvi orkestrinin solisti Zümrüd Məmmədova, Zahidə Məmmədsalahova, Xalq Ulduzu müsabiqəsinin qalibi Həlimə Dağlar, ?Star və Sən? müsabiqəsinin qalibi Cavahir Abdulova, Nəzakət Məmmədova, Üçlükdə-xanəndə Elnarə Abdullayeva, Mehman və Cahandar Mikayılovlar və başqaları ifa ediblər. Sonda ?N? saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Oruc Abdullayev, MQSİPHK İB-nın diplomu və ?Dədə Qorqud? Milli Fondunun ?Fəxri Fərmanı? ilə təltif olunub. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA