Bakıda məktəbin həyətində uçqun olub, divarı dağılıb

img

10-11-2016 [17:11]


Bakı şəhəri R. İmanov adına 205 saylı tam orta məktəbin həyətində torpaq uçqunu baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun APA-ya verdiyi məlumata görə, məktəbin həyəti ilə avtomobil yolunun arasında uzunluğu 100 metr, hündürlüyü 2-2,5 metr olan istinad divarı uçub. Onun sözlərinə görə, son günlər əraziyə düşən atmosfer yağıntılarının təsirindən istinad divarının arxasındakı tökmə torpaq qatı islanaraq ağır nəm kütlə halına gəlib və istinad divarına basqı verib: "Bunun nəticəsində istinad divarı tamamilə uçub”.

R. Həsənov qeyd edib ki, hazırda prosesin dinamikasında aktivlik müşahidə olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA