“Donald Tramp iki dəfə müflis olub. Amma o,..." - Araz Ağalarov

img

10-11-2016 [16:17]


"Donald Tramp iki dəfə müflis olub. Amma o, bu vəziyyətdən uğurla çıxa bilib. Əgər insan bunu edə bilibsə, deməli, o, yaxşı danışıqlar aparmağı bacarır. Yəni, kompromislər tapır. İstənilən siyasət isə -güzəştlər deməkdir”.

Mia.az Strateq.az-a istinadən bildirir ki, bu sözləri Rusiyalı milyarder Araz Ağalarov Donald Trampın prezident seçilməsi ilə bağlı "komsomolsyaka pravda" qəzetinə açıqlamasında deyib.

Ağalarov deyib ki, 2013-cü ildə Rusiyada dünya gözəllik yarışması keçirilərkən Tramp bir həftə onun qonağı olub: "Bu müddətdə, o, Kremldəki heç kim onunla görüşməyib”.  

Ağalarov deyib ki, Trampın prezident seçilməsi ilə iki ölkə arasında münasibətlərdə yaxşılaşma ola bilər: 

"Mənə elə gəlir, bu, mümkündür. Lakin təbii ki, ABŞ-da böyük rəqib ordusu da var. Amerikada düşmən axtarışında olan maraqlı qüvvələr mövcuddur. Əvvəlcə bu, SSRİ idi. Sonra bu düşmən Yaxın Şərqdə peyda oldu. İndi isə Rusiyanı belə düşmən kimi təqdim etmək istəyirlər. Ola bilsin Trampın gəlişi ilə nə isə dəyişsin”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA