İtkin düşən neftçinin adı - Mirvari Qəhrəmanlı açıqladı

img

10-11-2016 [14:11]


Xəbər verdiyimiz kimi, üç gün əvvəl Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda istismar olunan "Dərinsulu Günəşli” platformasındakı qazma podratçısı "KCA Deutag" şirkətinin bir işçisi itkin düşüb.

Həmin vaxtı "BP Azərbaycan" bu barədə rəsmi məlumat yayaraq, itkin düşən neftçinin axtarışının davam etdiyini bildirsə də, onun kimliyini açıqlamadılar.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bu gün itkin düşən şəxsin kimliyini açıqlayıb: "İtkin düşən həmin şəxs Qalıb Hacıyevdir. Əlavə araşdırma aparırıq".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA