Türkiyədən Trampın seçilməsinə rəsmi - Reaksiya

img

09-11-2016 [12:46]


ABŞ-da prezident seçkilərində  Respublikaçılar Partiyasından namizəd, müsəlmanlara qarşı sərt ifadələr işlədən Donald Trampın qalib gəlməsi Türkiyədə də böyük maarq yaradıb.

Mia.az xəbər verir ki, ABŞ-la strateji müttəfiq olan Türkiyədə Trampın qalibiyyəti müzakirələrə səbəb olub.

Ədliyyə naziri Bəkir Bozdağ kimin seçilməsindən aslı olmayaraq, ABŞ-la Türkiyənin strateji müttəfiq olduğunu deyərək, münasibətlərin eyni qaydada davam edəcəyini söyləyib.

Baş nazir Binəli Yıldırım da Trampın seçilməsinin Türkiyə ilə münasibətlərə təsir etməyəcəyini deyib. Bildirib ki, münasibətlər strateji müttəfiqlik səviyyəsində davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA