Əhməd Əhmədzadə: "Araz çayında suyun səviyyəsi artıb"

img

13-05-2010 [02:15]


Araz çayında suyun səviyyəsi yenidən artıb. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə də təsdiqləyib. Verilən məlumata görə, Araz çayından gələn su bu gün saniyədə 142 kubmetr artıb. Əhməd Əhmədzadə Saatlı rayonunda Sarısu gölündə yaranmış vəziyyətə də aydınlıq gətirib: ?Sarısu gölünün yaxınlığındakı kollektorun yan tərəfində yuyulma var idi. Hazırda orada təmir işləri aparılır. Suyun insanlara ziyan vurmaması üçün biz onu Mil-Muğan kollektoruna yönəltmişik. Hazırda Sarısuda qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır. Orada ciddi bir problem yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA