ABŞ-ın yeni prezidenti Donald Tramp: "Cəsur olacağıq, nail ola bilməyəcəyimiz heç bir şey yoxdur"

img

09-11-2016 [11:58]


ABŞ-da prezident seçkilərində  Respublikaçılar Partiyasından namizəd Donald Tramp qalib gəlib.

Mia.az xəbər verir ki, Donald Tramp Demokratlar Partiyasının namizədi Hillari Klintonu məğlub edib.

Bu dəqiqələrdə Tramb çıxış edib. O, rəqibi Klintonun layiqli rəqib olduğunu deyərək, onu məğlub etməyin asan olmadığını deyib: "O, zəng edib, məni təbrik etdi".

Tramp bütün amerikalıların prezidenti olacağını deyib: 

"Biz birlikdə çalışacağıq. Bütün amerikalılarla birgə ABŞ-ı yenidən inşa edəcəyik. Ölkəmizin inanılmaz bir potensialı var. Hər bir amerikalının potensialının istifadə edə biləcəyi bir ABŞ inşa ediləcək. Ölkəmizdə yoxsul bir məhəllə qalmayacaq. Hər yeri inkişaf etdirəcəyik".

Tramp orduya da böyük təriflər söyləyib: 

"Ölkəmiz üçün hər şeyi cəsur edəcəyik. Birlikdə nail ola bilməyəcəyimiz heç nə yoxdur. Bütün dünyaya səslənirəm, düzdür, hər şey birinci ABŞ üçün olacaq. Ancaq bu o demək deyil ki, dünya üçün adil davranmayacağıq. Hər kəsə adil olacağıq. Ən yaxşı nədirsə, onu edəcəyik.

Zaman artıq ABŞ-ın bölünmüş yaralarını sarımaq zamanıdır. Respublikaçıların, Demokratların bir araya gələrək birləşmə zamanıdır. Buradan məni dəstəkləməyənlərə demək istədiyim sözlər var.

Mən sizə əlimi uzadıram, sizin köməyinizə ehtiyacımız var, biz birlikdə güclüyük və birlikdə irəliləməliyik.  Heç bir şey bizim üçün əlçatmaz deyil. ABŞ-ı yenidən möhtəşəm və dünyanın 1 nömrəli supergücü edəcəyik və heç bir xalqa, dövlətə düşmənlik, ədavət bəsləməyəcəyik. 
Sizlərin mənə olan etibar və inancını boşa çıxarmayacağıma söz verirəm. Prezident olmağı səbrsizliklə gözləyirəm. 

Hamınızın bu prezidentdən qürur duyacağı işlərə başlayacağıq. Bu mənim üçün inanılmaz bir gündür. Bu ölkəni sevirəm. Hər birinizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun"

Tram daha sonra ailə üzvlərini və seçki kampaniyasını dəstəkləyən 200-dək general və admiralın bəzilərinin adlarını da dünyaya təqdim edib.

Mia.az


 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA