Daha bir erməni Azərbaycana gəldi - Jurnalist Suzanna Caqinyan Bakıdır

img

08-11-2016 [21:23]


Ermənistanın "Meridian” qeyri-hökumət təşkilatının sədr müavini, jurnalist Suzanna Caqinyan Bakıya gəlib.
 
Bu barədə APA-ya Milli QHT Forumunun prezidenti Rauf Zeyni məlumat verib.
 
Qeyd edək ki, İrəvanda yaşayan S. Caqinyanın Bakıda keçirilən "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfransda iştirakı nəzərdə tutulsa da, bu, baş tutmayıb.
 
S. Caqinyan sabah mətbuat konfransı keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA