Nəqliyyat Nazirliyi Saatlı rayonunda avtomobil yollarını bərpa edir

img

13-05-2010 [01:49]


Nəqliyyat Nazirliyinin müvafiq qurumları və strukturları təbii fəlakət zonasında 3 növbəli iş rejimini davam etdirir. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bir neçə gün ərzində Saatlı rayonu ərazisində 16 km-lik Musalı-Məzrəli avtomobil yolunun 6 km-i artıq bərpa edilib. Eyni zamanda Hacıqabul-Bəhramtəpə yolunun 68-ci km-də yerləşən körpü avtomobillərin və insanların intensiv hərəkətini nəzərə alaraq, həmçinin yüklərin daşınmasını təmin etmək məqsədilə müvəqqəti olaraq açılıb. Əsas məqsəd əhalinin və ətraf kəndlərin təhlükəsizliyini qorumaq, həmçinin magistral yolların sel suları tərəfindən yuyulmasının qarşısını almaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA