İcra başçısı səngərdə! - FOTOLAR

img

08-11-2016 [21:06]


Nəsimi rayon nümayəndə heyəti Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərlə görüşüb.

Mia.az xəbər verir ki, qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə ön cəbhə xəttindəki səngərlərə gedib, əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, onlara gətirdikləri hədiyyələri çatdırıblar.

Görüşdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Dövlət Bayrağı günü münasibətilə əsgərləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. 

Sonra hərbiçilər üçün böyük konsert proqramı təşkil olunub.


İcra başçısı
İcra başçısı

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA